1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

Son Xəbər

  • “Naxçıvan Kuboku” uğrunda beynəlxalq turnir keçiriləcək -
    There are no translations available.

    “Naxçıvan Kuboku” uğrunda beynəlxalq turnir keçiriləcək

  • Əməkdar məşqçi Nadir Ağayevin xatirəsinə həsr olunmuş Respublika turniri keçirilir -
    There are no translations available.

    Əməkdar məşqçi Nadir Ağayevin xatirəsinə həsr olunmuş Respublika turniri keçirilir

  • Əməkdar məşqçi Nadir Ağayevin xatirəsinə həsr olunmuş Respublika turnirinin nəticələri -
    There are no translations available.

    Əməkdar məşqçi Nadir Ağayevin xatirəsinə həsr olunmuş Respublika turnirinin nəticələri

  • Yeniyetmələrdən ibarət yığma komandaların heyəti müəyyənləşəcək -
    There are no translations available.

    Yeniyetmələrdən ibarət yığma komandaların heyəti müəyyənləşəcək

  • Olimpiya mükafatçısı R.Məmmədbəyovun xatirə turniri start götürüb -
    There are no translations available.

    Olimpiya mükafatçısı R.Məmmədbəyovun xatirə turniri start götürüb

  • Yeniyetmələr arasında Respublika turnirinin qalibləri müəyyənləşib -
    There are no translations available.

    Yeniyetmələr arasında Respublika turnirinin qalibləri müəyyənləşib

  • Əməkdar məşqçi Xosrov Cəfərov 62-ci doğum günündə yad edilir -
    There are no translations available.

    Əməkdar məşqçi Xosrov Cəfərov 62-ci doğum günündə yad edilir

  • “Son 10 ilin ən yaxşı idmançısı” sorğusunda Fərid Mansurov liderdir -
    There are no translations available.

    “Son 10 ilin ən yaxşı idmançısı” sorğusunda Fərid Mansurov liderdir

  • Güləş üzrə gənclər arasında dünya birinciliyi başa çatıb -
    There are no translations available.

    Güləş üzrə gənclər arasında dünya birinciliyi başa çatıb

  • Danimarkanın Herninq şəhərində FİLA-nın toplantısı keçirilib -
    There are no translations available.

    Danimarkanın Herninq şəhərində FİLA-nın toplantısı keçirilib

  • 7 saylı Nümayəndəlikdə yerli məşqçi və idmançı heyəti ilə görüş keçirilib -
    There are no translations available.

    7 saylı Nümayəndəlikdə yerli məşqçi və idmançı heyəti ilə görüş keçirilib

  • Sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandamız İspaniyaya gedir -
    There are no translations available.

    Sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandamız İspaniyaya gedir

  • Azərbaycan güləşində yeni tarix – 10 medal - 3 qızıl, 4 gümüş, 3 bürünc -
    There are no translations available.

    Azərbaycan güləşində yeni tarix – 10 medal - 3 qızıl, 4 gümüş, 3 bürünc

  • Milli Qəhrəman Əliyar Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə Respublika turniri -
    There are no translations available.

    Milli Qəhrəman Əliyar Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə Respublika turniri

  • Azərbaycan Güləş Federasiyası hakimlər üçün seminar keçirəcək -
    There are no translations available.

    Azərbaycan Güləş Federasiyası hakimlər üçün seminar keçirəcək

  • Sərbəst güləş üzrə yığma komandamız «Qitələrarası Kubоk» uğrunda yarışacaq -
    There are no translations available.

    Sərbəst güləş üzrə yığma komandamız «Qitələrarası Kubоk» uğrunda yarışacaq

Image 1
  • Az
  • En

Sərbəst güləşçilərimiz 3 gümüş və 2 bürünc medal qazandı

Print

20-25 iyul 2010-cu il tarixdə Macarıstanın paytaxtı Budapeştdə gənclər arasında sərbəst, qadın və yunan-Roma güləşi üzrə Dünya birinciliyi başa çatıb. Hər üç növ üzrə Azərbaycan yığma komandası turnirdə iştirak edib. Yarışların son iki günündə sərbəst güləşçilər mübarizə aparıb. Ümumilikdə 3 gümüş və 2 bürünc medal qazanan sərbəst güləş üzrə yığmamız komanda hesabında ikinci yeri tutub.

50 kq çəkidə təmsilçimiz Nicat Muradov yarımfinalda Rusiya təmsilçisinə məğlub olaraq üçüncü yer uğrunda güləşmək hüququ qazanıb. Bu görüşdə erməni Ervand Tadevosyana (1:0, 6:0) qalib gələrək bürünc medala sahib olub.

55 kq çəkidə Toğrul Əsgərov finala qədər maneəsiz irəliləyib. Bu zaman o, ardıcıl olaraq Misir, Kanada, Yaponiya, Özbəkistan təmsilçilərinə qalib gələrək finala yüksəlib. Finalda gürcü Vladimir Xinçeqaşvili ilə gərgin keçən görüşdə (1:1, 3:1, 2:4) uduzaraq gümüş medal qazanıb.

60 kq çəkidə Ümid Məmmədov finala qədər keçirdiyi 4 görüşdə - Yaponiya, Rumıniya, İran və Qazaxstan güləşçiləri üzərində qələbə qazanıb. Finalda Rusiya təmsilçisi Hacı Abdullayevlə görüşdə (3:3, 1:2) uduzaraq gümüş medalla kifayətlənib.

74 kq çəkidə təmsilçimiz İbrahim Yusifov ilk görüşündə qələbə qazansa da, ikinci görüşdə məğlub olaraq təsəlliverici görüşlərə qatılmaq hüququ əldə edib. Ardıcıl olaraq iki təsəlliverici görüşdə qələbə qazanan İbrahim bürünc medal uğrunda görüşü də qələbə ilə başa vurub və fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.

96 kq çəki dərəcəsində Aslanbek Alborov finala qədər Türkiyə, Slovakiya və Macarıstan təmsilçilərinə qalib gəlib. Finalda Rusiya güləşçisi Şamil Əhmədovla gərgin keçən görüşdən (0:2, 2:2, 0:2) məğlub ayrılan Aslanbek dünya birinciliyinin gümüş mükafatına sahib olub.

Sərbəst güləş üzrə yığma komandamız Dünya birinciliyində böyük məşqçi Arif Abdullayev və məşqçi Elman Əsgərovun başçılığı altında iştirak edib. Heyətdə Nicat Muradov (50 kq), Toğrul Əsgərov (55 kq), Ümid Məmmədov (60 kq), David Suynuçxanov (66 kq), İbrahim Yusubov (74 kq), İlya Xamikoyev (84 kq), Aslanbek Alborov (96 kq) və Aslan Dzebisov yer alıb.

Görüşlərin idarə edilməsində ölkəmizi AGF Hakimlər Kollegiyasının sədri Əjdər Cəfərov, beynəlxalq dərəcəli hakimlər Qərib Əliyev və Fərəqət Cəlalov təmsil edib.

 

Subscribe



Poll

Whose performance did you like in the European championship?

 

 

 

 

 

 

 

 

 

 

 


  Results