Qadın güləşçimiz Dünya birinciliyində qızıl medal qazandı
Friday, 23 July 2010 10:23
İyulun 22-də qadın güləşçilər mübarizəyə qoşulub. 44 kq çəkidə təmsilçimiz Marziget Baqomedova rumıniyalı Oktavia İlieana Dobresku (4:0, 3:0), türkiyəli Sümeyya Sezer (6:0, 6:0), monqolustanlı Narangerel Erdenesux (5:4, 7:0), finalda isə rusiyalı Nadejda Fyodorova üzərində (3:1, 4:0) inamlı qələbə qazanaraq turnirin baş mükafatına layiq görülüb.
İyulun 23-də 55 kq-da Günay İsmayılova mübarizə aparacaq. 24-25 iyulda isə sərbəst güləşçilər öz aralarında ən güclüləri müəyyən edəcəklər.
Xatırladaq ki, böyük məşqçi Kurban Kurbanovun başçılığı ilə turnirdə iştirak edən qadın güləşi üzrə yığmamızı Marziget Baqomedova (44 kq), Fatma Əhmədova (51 kq), Günay İsmayılova (55 kq) və Katerina Dombrovskaya (59 kq) təmsil edir.








FILA Wrestling