İkiqat Avropa çempionumuz Mariya Stadnikin oğlu olub
Friday, 23 July 2010 09:40
Pekin Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı (2008), Dünya çempionu (2009), 2 qat Avropa çempionu (2008-09) Mariya Stadnik iyulun 22-də ana olub. 2,8 kq çəkidə oğlan uşağı dünyaya gətirən Mariya özünü xoşbəxt hiss edir.
“Həm özümün, həm də uşağın vəziyyəti yaxşıdır. Oğlumuzun adını İqor qoyacağıq. Andrey də, mən də İqorun gələcəkdə məşhur güləşçi olmasını istəyirik. Təxminən ay yarımdan sonra Bakıya gələcəyik. Ümid edirəm ki, ilin sonuna qədər məşqlərə başlaya biləcəm” – deyə Mariya Stadnik bildirib.
Azərbaycan Güləş Federasiyasının bütün kollektivi olimpiya mükafatçısı, dünya çempionu və ikiqat Avropa çempionumuzu təbrik edir, yeni doğulan körpənin sağlam böyüməsini arzulayır.



